“TikTok” istifadəçilərinə ŞAD XƏBƏR
Qısa videoçarxlar şəbəkəsi kimi tanınan "TikTok"da ciddi dəyişiklik gözlənilir.
REPORTYOR.AZ “publika.az”a istinadən xəbər verir ki, Çinin "ByteDance" şirkətinə məxsus şəbəkədə yerləşdirilən videoların müddətinin 3 dəfə artırılması planlaşdırılır.
Yenilik sayəsində artıq bir videoçarxın bir neçə hissəyə bölünərək şəbəkəyə yüklənməsinə ehtiyac qalmayacaq.
Qeyd edək ki, "TikTok" videolarının maksimal xronometrajı 1 dəqiqədir.
SON XƏBƏR / KARUSEL
Tarix: 4-07-2021, 15:15