"Çin koronavirusla bağlı məlumatları gizlədir" — GÖZLƏNİLMƏZ AÇIQLAMA
Çin hökumətinin əvvəldən koronavirusla bağlı məlumatları xəsisliklə açıqlaması nəticəsində ABŞ bu gün geridə qalanlar sırasındadır.
BakuPost.az xəbər verir ki, bu barədə CNBC-yə müsahibəsində ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.
O, koronavirusa qarşı peyvənd tapmaq, həmçinin bu təhlükəyə çarə olacaq məlumat əldə etmək ümidilə Çinlə işləməkdən inanılmaz dərəcədə peşman olduqlarını dilə gətirib: “İlkin mərhələdə aldığımız məlumatlar heç də mükəmməl deyildi və bizi hazırda tuş gəldiyimiz çoxlu zərbələrlə kənara atılmış bir vəziyyətə gətirib çıxarıb. Həkimlər mənə yoluxucu xəstəliyin bu yolla yayılmasının inandırıcı olmadığını deyiblər. Bu, Amerikanın şəffaf və açıq şəkildə çalışaraq zəruri məlumatların paylaşılacağı bir yol deyil”.
ABŞ dövlət katibi koronavirus epidemiyasının Çindən kənar mənşəyə malik olması barədə Çinin hökumətyönlü mediasında irəli sürülən fikirlərə qarşı çıxaraq bildirib: “Çin Kommunist Partiyasının bir çox nüfuzlu nümayəndələri bunun Uhandan gəldiyini deyiblər. Bu heç də Mayk Pompeonun sözləri deyil. Biz bunun haradan başladığını bildiyimizə yüksək səviyyədə əminik”.
Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı azı 225-ə, ölüm halları isə 12-yə çatıb. Ölənlərin 11-i Vaşinqton, biri isə Kaliforniyadandır.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 7-03-2020, 13:35