Bakı metrosu bu tarixdən bağlanır
2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq.
REPORTYOR.AZ-ın məlumatına görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "qazet.az"a açıqlamasında bildirib ki, qərarda qeyd olunduğu tarixlərdə metro fəaliyyətini məhdudlaşdıracaq.
“Hər gün saat 00:00-da metrolara sərnişin daxil olması dayandırılır. Həmin vaxta qədər daxil olan sərnişinlər mənzil başına çatdırılacaq və fəaliyyətimizə 16 iyun 06:00-da yenidən başlayacağıq”, – deyə Bəxtiyar Məmmədov bildirir.
Qeyd edək ki, ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilmişdir.
Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.
SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 11-06-2020, 14:20