mobil versiya

Bu il Bakıda 1000-ə yaxın müəllim işə qəbul edilib




Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2019-2020-ci dərs ili üçün 1 442 vakansiya təqdim edib.

İdarədən verilən məlumata görə, müsabiqə və müsahibələr nəticəsində 993 nəfər daimi əsaslarla işə qəbul olunub.

Bunlardan 414 nəfəri müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi nəticəsində, 319-u vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində, 260-sı isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Bu tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1273 nəfər namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 1 004 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb.


SON XƏBƏR / KARUSEL
Tarix: 12-06-2020, 15:06