mobil versiya

Azərbaycanda daha 360 nəfər COVID-19-dan sağalıb, 105 nəfər yoluxub




Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan REPORTYOR.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 056 nəfər müalicə olunaraq sağalıb, 488 nəfər vəfat edib, aktiv xəstə sayı 2937 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6457, ötən müddət ərzində isə ümumilikdə 779 508 test aparılıb.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-08-2020, 22:18