Ermənistanın terrorçularla əlaqəsi üzə çıxdı - İşğal etdikləri ərazilərdə...
“Yaxın Şərqdən ermənilərin işğal altındakı torpaqlara köçürülməsi yolverilməzdir”.
Redaktor.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib. O, Yaxın Şərqdən köçürülən erməni əsilli vətəndaşların arasında terrorçuların olduğunu bildirib:
“ATƏT-in faktaraşdırıcı missiyaları sonuncu dəfə 2005-2010-cu illərdə Azərbaycanın ciddi təhriki ilə işğal edilmiş ərazilərə gəlib.
Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı hesabatlarında qeyd olunub. Lakin artıq uzun müddət keçib və bu dövr ərzində Suriyadan ailələrin bölgədə yerləşdirilməsinə dair məlumatlar var. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır”.
Politoloqun fikirincə, Ermənistan işğal altında olan torpaqlarda əhali sayını süni şəkildə artırmağa cəhd edir:
“Düşmən tərəfinin məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsi və beləliklə də ilhaqçı siyasəti həyata keçirməkdir.
Xarici İşlər Nazirliyi də avqustun 8-də erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi ilə bağlı məlumatlara münasibət bildirib.
"İlk dəfə deyil ki, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır”, -deyə XİN-nin açıqlmasında qeyd edilib.
SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 11-08-2020, 10:55