Fransa xalqının birliyi BƏHRƏSİNİ VERDİ: yanvarda yanacaq BAHALAŞMAYACAQ

Reportyor.az xəbər verir ki, ölkəni bürümüş etirazlar dalğası fonunda Fransa hakimiyyəti yanacağın qiymətlərinin bahalaşmasına qarşı 6 aylıq moratorium tətbiq edib. Baş nazir Eduard Filipp ölkə televiziyalarına müsahibəsində deyib: “Zorakılıq dayandırılmalıdır. Biz prezident Makronla qərara gəldik ki, yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan üç vergi bahaşmasını dayandırq. Məşvərətdən sonra qərara alındı ki, bu vergi bahalaşması altı aylığa dondurulsun. Heç bir vergi xalqın birliyi ilə müqayisə edilə bilməz”.