mobil versiya

ÜST: 2022-ci ildə qlobal peyvəndləmənin təmin olunmasına 45 milyard dollar lazım gələcək


ÜST: 2022-ci ildə qlobal peyvəndləmənin təmin olunmasına 45 milyard dollar lazım gələcək

2022-ci ildə dünyanın yetkin əhalisinin əksəriyyətini koronavirusa qarşı peyvəndlə təmin etmək üçün 35-45 milyard ABŞ dolları həcmində vəsait lazım gələcək.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus bazar ertəsi Cenevrədə keçirdiyi brifinqdə bildirib.

O xatırladıb ki, bu il COVID-19-a qarşı preparatlara və “ACT-Accelerator” diaqnostikası vasitələrinə çıxışın təmin olunması üzrə beynəlxalq tərəfdaşlığın 19 milyard ABŞ dolları məbləğində maliyyəyə ehtiyacı var.


KARUSEL / DÜNYA
Tarix: 3-05-2021, 19:24