mobil versiya

Bakının bu ərazisində su kəsilib




Bakının Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.


KARUSEL / ÖLKƏ
Tarix: 8-04-2022, 12:30