mobil versiya

Əsli və Kərəm” operası yenidən səhnədə



Fevralın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operası nümayiş olunacaq.

Fədakar məhəbbətin gücünü və insanın mənəvi gözəlliyini tərənnüm edən operada əsas rolları Əməkdar artist Elnur Zeynalov, aparici solistlər Rəvanə Əmiraslanlı və Taleh Yahyayev ifa edəcəklər.
Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Hacıyevdir.
Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.
Qeyd edək ki, opera ilk tamaşasından böyük müvəffəqiyyət qazanaraq uzun və maraqlı səhnə ömrü olan əsərlər sırasına daxil edilib. “Əsli və Kərəm”in ilk tamaşası 1912-il mayın 18-də indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında olub. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru isə Üzeyir Hacıbəyli idi.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 6-02-2023, 16:18