Bu ölkələr arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalanıb.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" platformasında paylaşım edib.
"Özbəkistana işgüzar səfərimiz çərçivəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə "Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu"nu imzaladıq. Sənədin icrası "yaşıl" enerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək", - nazir paylaşımında qeyd edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-05-2024, 17:01