mobil versiya

Qazaxıstan, Azərbaycan və Özbəkistan nazirlərinin üçtərəfli görüşü keçirilib



Bakıda Qazaxıstanın, Azərbaycanın və Özbəkistanın iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşü keçirilib.
Qazaxıstan tərəfindən görüşdə Energetika Naziri Almasadam Satkaliyev və Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel iştirak ediblər.
Görüş zamanı tərəflər Qazaxıstandan və Özbəkistandan elektrik enerjisinin Avropaya Azərbaycan ərazisi ilə ixrac edilməsinin perspektivlərini müzakirə ediblər, həmçinin yaşıl enerji sahəsində layihələrin inkişaf edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparıblar. Xüsusilə vurğulanıb ki, bərpa olunan enerjinin inkişafı və ixracı sahəsində üç ölkənin dövlət siyasəti Azərbaycana elektrik enerjinin Mərkəzi Asiyadan Avropaya ötürülməsi üçün əlaqələndirici körpü rolunu oynamağa imkan yaradır.
Bu kontekstdə qeyd etmək lazımdır ki, Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan ilə birgə Xəzər dənizi­–Qara dəniz–Avropa ixrac dəhlizinin yaradılması üzərində işləyir və bu dəhliz çərçivəsində 4 GVt elektrik enerjisinin ixrac edilməsi planlaşdırılır. Əlavə olaraq, 1GVt-dan çox yaşıl enerjisi Naxçıvan-Türkiyə-Avropa marşrutu ilə ötürülməsi planlaşdırılır.
Qazaxıstanın və Özbəkistanın bu dəhlizlərə çıxışı elektrik enerji bazarlarının gələcəkdə inkişaf etməsinə, yaşıl hidrogen və ammiakın istehsalı və tədarük edilməsi sahəsində əməkdaşlığın güclənməsinə, enerji təhlükəsizliyinin möhkəmlənməsinə və Orta Dəhliz çərçivəsində yaşıl layihələrin inkişafına töhfə verəcək.

Görüşdə Qazaxıstanın və Özbəkistanın enerji sistemlərinin Azərbaycan enerji sistemi ilə inteqrasiya edilməsindən sonra Xəzər dənizinin dibi ilə yüksək voltlu xətlərin çəkilməsi mümkünlüyü ətrafında fikir mübadiləsi aparılıb.
Danışıqların sonunda layihənin texniki-iqtisadi əsasnaməsinin hazırlanması və elektrik enerji ixraci üzrə birgə müəssisənin yaradılması haqqında razılaşma əldə olunub, o cümlədən müvafiq birgə kommünike imzalanıb.
Bu kontekstdə qeyd etmək lazımdır ki, bu il Qazaxıstan və Azərbaycan regionda internet trafikinin şaxələndirilməsinə imkan yaradacaq Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi üzrə birgə layihəsinin həyata keçirilməsinə başlayıblar.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-11-2023, 16:50