Macarıstan Qazaxıstanın Avropa İttifaqında mühüm ticarət və iqtisadi tərəfdaşıdı
Macarıstan Qazaxıstanın Avropa İttifaqında mühüm ticarət və iqtisadi tərəfdaşıdır.
Bunu Qazaxıstanın Baş naziri Alixan Smailov Macarıstanın Baş naziri Viktor Orbanla görüşü zamanı deyib.
Məlumata əsasən, tərəflər enerji sahəsində əməkdaşlıq, xüsusilə də bərpa olunan enerji mənbələrinin inkişafı, yeni investisiya layihələrinin həyata keçirilməsi perspektivləri, eləcə də iki ölkə arasında birbaşa hava əlaqəsinin bərpası məsələlərini müzakirə ediblər.
Bundan əlavə, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun Trans-Avropa nəqliyyat şəbəkəsi ilə əlaqəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.
"Astana və Budapeşt arasında investisiya əməkdaşlığı kifayət qədər perspektivli görünür. 2005-ci ildən Macarıstan Qazaxıstan iqtisadiyyatına 300 milyon dollara yaxın birbaşa investisiya yatırıb. Bu rəqəm təkcə 2021-2022-ci illərdə 75 milyon dollar təşkil edib", - deyə A.Smailov əlavə edib.
Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban Qazaxıstana rəsmi səfər edib.(trend)
KARUSEL / DÜNYA
Tarix: 2-11-2023, 17:29