ICESCO-nun Baş direktoru COP29-a dəvət olunub
![](/uploads/posts/2024-05/1714568595_1714568533457.png)
Mayın 1-də Bakıda keçirilən 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi Nazim Səmədovla Forumda iştirak edən ICESCO-nun Baş direktoru Salim Əl-Malik arasında görüş keçirilib.
Azərbaycanın Mərakeşdəki səfirliyindən bildirilib ki, görüş zamanı bu ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ICESCO Baş direktoruna ünvanladığı dəvət məktubu S.Əl-Malikə təqdim olunub.
KARUSEL / SİYASƏT
Tarix: 1-05-2024, 17:42