Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib
Aprelin 23-də Qambiya Respublikasında səfərdə olan ölkəmizin Mərakeş Krallığındakı, eyni zamanda, Qambiyadakı səfiri Nazim Səmədov etimadnamələrini bu ölkənin Prezidenti Adama Barrouya təqdim edib.
Bu barədə Azərbaycanın Mərakeşdəki səfirliyindən bildirilib.
Qambiyanın paytaxtı Banjulda yerləşən Prezident sarayında təşkil edilmiş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini Adama Barrouya çatdıran səfir 2024-cü ildə ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd edildiyini də vurğulayıb. Həmçinin diplomat Azərbaycan Prezidentinin A.Barrouya ünvanladığı 2024-cü ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu da Qambiya Prezidentinə təqdim edib.(azərtac)
KARUSEL / SİYASƏT
Tarix: 24-04-2024, 08:48