mobil versiya

Taekvondoçularımız Avropa Multi Oyunlarında üç medal qazanıblar



Gənc taekvondoçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Multi Oyunlarında 3 medal qazanıb.
zərbaycan Taekvondo Federasiyası xəbər verir ki, Məhəmməd Həsənli (48 kq) turniri ikinci, Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) isə üçüncü pillədə başa vurublar.
Bu gün yeniyetmə taekvondoçular dayanq üzərinə çıxacaqlar. Millimiz bu yarışda 8 oğlan, 8 qız idmançı ilə çıxış edəcək.

KARUSEL / İDMAN
Tarix: 12-05-2023, 11:16