mobil versiya

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi bağlanıb


Bu gündən etibarən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi qeyri-müəyyən müddətə bağlanıb.
Bu barədə “APA-Economics” Gürcüstan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, dəmir yolunun Gürcüstan hissəsinin bağlanmasının səbəbi - baş podratçı tərəfindən sahənin tikinti tempinin sürətləndirilməsi və layihənin qısa müddətdə başa çatdırılmasıdır.
Qeyd olunur ki, dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb. Dəmir yolu rəsmən istifadəyə verilməsə də, 2017-ci il oktyabrın 30-dan yükdaşımaları sınaq rejimində həyata keçirilir. Gürcüstan ərazisində işlərin təxminən 86%-i yerinə yetirilib.
Vurğulanır ki, ötən ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu il layihəyə əlavə olaraq 100 mln. dollar sərmayə qoyulacağını və onun təntənəli açılışının 2024-cü ildə baş tutacağını bildirmişdi.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-05-2023, 15:34