mobil versiya

Yağışlı hava nə vaxta qədər davam edəcək?


Hazırda ölkə ərazisində müşahidə edilən yağışlı hava şəraiti iyulun 18-i gündüz saatlar;na qədər davam edəcək.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, bu gün paytaxtda müşahidə edilən leysan yağış düz 11 il əvvəl də qeydə alınıb.
"Düz 2012-ci ilin 16 iyulunda da Bakıya leysan yağıb", - deyə o, qeyd edib.
Xatırladaq ki, dünən gecədən etibarən Bakıda yağan intensiv yağışlar bəzi ərazilərdə çətinliklər yaradıb.
Yağan yağışlar nəticəsində Sədərək ticarət mərkəzini su basıb. Bakıda bir neçə küçə və prospektdə işıqforların işində problem yaranıb. Paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar bəzi yollarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.

KARUSEL / ÖLKƏ
Tarix: 17-07-2023, 11:31