mobil versiya

Böyük Britaniya Rusiya əleyhinə sanksiya siyahısını genişləndirib



Böyük Britaniya hökuməti Rusiya əleyhinə sanksiya siyahısına 14 yeni bənd əlavə edib.
"Report" xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Adları sanksiya siyahısına düşənlər arasında Rusiya Federasiyasının təhsil naziri S.Kravtsov, mədəniyyət naziri O.Lyubimova, Kamçatka qubernatoru V.Solodov, jurnalist A.Krasovski və siyasi texnoloq T.Sergeytsev var.
Qeyd edək ki, Britaniya bundan əvvəl Rusiyanın 92 fiziki və hüquqi şəxsini əhatə edən sanksiya qəbul edib.
Sanksiyaya məruz qalanlar arasında Rusiyanın Atom Enerji Təşkilatı “Rosatom” və “Qazprom” şirkəti ilə əlaqəsi olanlar da var. Britaniya Rusiyanın "Aeroflot", "Rossiya" və "Ural Airlines" aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

KARUSEL / DÜNYA
Tarix: 17-07-2023, 15:11