mobil versiya

İndiyədək azad edilmiş ərazilərə köçürülənlərin sayı açıqlanıb




Böyük Qayıdış çərçivəsində indiyədək 217 ailə, 934 nəfər doğma yurdlarına köçürülüb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bu ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, dövlət başçısının tapşırıqlarının, Böyük Qayıdış proqramına uyğun komitəyə həvalə edilmiş tədbirlərin icrası istiqamətində məqsədyönlü iş aparılır.(apa)

KARUSEL / ÖLKƏ
Tarix: 21-07-2023, 14:36