“Asif, Vasif, Ağasif”in qəhrəmanları 40 ildən sonra uşaqlarla birlikdə filmi izləyib

Mərkəzdən bildirilib ki, layihə çərçivəsində milli kinomuzda özünəməxsus iz buraxan “Asif, Vasif, Ağasif” filmi nümayiş etdirilib. Tamaşaçılara milli kinomuzun yaranması və bu günün təsis olunması tarixi ilə bağlı məlumat verilib. Filmin əsas rollarında çəkilən-Asif rolunun ifaçısı Emil Pənahov və Ağasif rolunun ifaçısı Hökümə Cəlilova Mərkəzin qonağı olub. Qonaqlar filmin təqdimatından əvvəl tamaşaçılara çəkiliş meydançasında baş verən maraqlı hadisələrdən danışıblar. Hazırda fəaliyyətlərini fərqli sahədə davam etdirən film qəhrəmanları rejissor Rasim İsmayılovun 1983-cü ildə ekranlaşdırdığı əsərin kadrarxası məqamları ilə bağlı təəssüratlarını bölüşüblər. Sonra filmin qəhrəmanlarını canlandıran aktyorlar tamaşaçılarla birgə filmi izləyiblər.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 2-08-2023, 17:38