mobil versiya

"Füzulidə tikilən məktəb Özbəkistanın Azərbaycana olan qardaşlıq münasibətinin göstəricisidir" - Özbəkistanın mədəniyyət naziri



Özbəkistan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Füzuli rayonunda müasir məktəb inşası həyata keçirilir. Məktəbin inşası yaxın zamanlarda başa çatacaq və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində məktəbin açılış mərasimi keçiriləcək.
Bunu jurnalistlərə müsahibəsində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov deyib.
Nazirin sözlərinə görə, bu məktəbin tikintisi Özbəkistan dövlətinin Azərbaycana bir dəstəyi kimi qəbul olunur. “Ümid edirik ki, məktəbin şagirdləri bizim ölkələrin dostluğunda xüsusi rol oynayacaqlar. Məktəbin inşası Özbəkistanın Azərbaycana olan dostluq, qardaşlıq münasibətinin göstəricisidir”,- deyə O.Nazarbekov bildirib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 2-08-2023, 16:49