mobil versiya

Avropa İttifaqı Qəzzada atəşkəs elan edilməsini istəmir



Avropa İttifaqı (Aİ) Qəzzada atəşkəs elan edilməsini istəmir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyin Əmir Abdullahianla birgə mətbuat konfransında deyib.
"Aİ tutduğu mövqe ilə əlaqədar olaraq təəssüf ki, "atəşkəs" sözünü eşitmək istəmir.<...> Bundan sonra davamlı sülh üçün nələr etmək olar, buna fokuslanmaq lazımdır", - o deyib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

KARUSEL / DÜNYA
Tarix: 1-11-2023, 16:27