mobil versiya

“Sadəcə Niyazi” kitabının təqdimatı olub



Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində jurnalist-tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun “Sadəcə Niyazi” və “Niyazi xatirələrdə” kitablarının təqdimatı olub.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək hər iki kitabın musiqi ictimaiyyəti üçün bir töhfə olduğunu söyləyib.
A.Bayramova qeyd edib ki, “Niyazi xatirələrdə” kitabında dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyov haqqında 1987-ci ildə rus dilində işıq üzü görən “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabının (tərtibçilər Həcər Hacıbəyova və Əsildar Hüseynov) “Xatirələr” bölməsinin rus dilindən ilk dəfə tərcüməsi təqdim olunur.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 17-01-2024, 16:31