mobil versiya

Yanva ayında sosial müavinətlər üzrə 90 milyon, Prezident təqaüdləri üzrə 57 milyon manat ödənilib





Bu ilin ilk ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 453 min nəfərə sosial müavinət, 395 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz çox olmaqla 90 milyon manat, Prezident təqaüdləri üzrə 4 faiz çox olmaqla 57 milyon manat ödənilib.
2024-cü ilin yanvar ayında 15 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 587 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

KARUSEL / SOSİAL
Tarix: 13-02-2024, 13:02