mobil versiya

Ermənistan və Azərbaycan XİN başçıları Berlində görüşəcək



Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü 28-29 fevral tarixində Berlində keçiriləcək.
Bu razılaşma fevralın ortalarında Almaniya, Ermənistan və Azərbaycan liderlərinin görüşündə əldə olunub. Bu barədə bazar ertəsi Ermənistan XİN mətbuat xidmətinin rəhbəri Ani Badalyan bildirib.
Azərbaycan XİN hələlik bu tarixi təsdiq etməyib, lakin XİN başçısı Ceyhun Bayramov bu gün jurnalistlərə bildirib ki, görüş yaxın vaxtlarda keçirilə bilər.

KARUSEL / SİYASƏT
Tarix: 26-02-2024, 17:41