mobil versiya

Mobil tətbiqləri yükləmədən öncə nələrə diqqət etmək lazımdır?


Cihazınıza yüklədiyiniz tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmayın. Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir. Tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?
 Bu barədə DİN mətbuat xidməti əhaliyə müraciət edib.

• Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin;
• Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin;
• Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin;
• Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın.
KARUSEL / CƏMİYYƏT
Tarix: 4-03-2024, 22:36