mobil versiya

"Crocus City Hall"dan 5 mindən çox insan təxliyə olunub


"Crocus City Hall"dan 5 mindən çox insan təxliyə edilib, daha 100 nəfər yanğından xilas olunub.
Rusiya KİV-nin məlumatına görə, bu barədə "Crocus Group"un nümayəndəsi bildirib.
Martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall"da naməlum şəxslər pulemyotlardan atəş açmağa başlayıb. Hadisə "Piknik" qrupunun konserti başlamazdan əvvəl baş verib.
Rusiya İstintaq Komitəsi baş verən terror aktında ölənlərin sayının 137 nəfərə çatdığını bildirib. Ölənlərdən 68-nin şəxsiyyəti müəyyən edilib.
KARUSEL / DÜNYA
Tarix: 25-03-2024, 10:49