mobil versiya

Atıcılıq üzrə Azərbaycan Kubokuna start veriləcək



Bu gün stend və güllə atıcılığı üzrə Azərbaycan Kuboku start götürəcək.
Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, Bakı Atıcılıq Kompleksində keçiriləcək yarışda ölkədə fəaliyyət göstərən idman məktəbləri, klubları və cəmiyyətləri təmsil edən 50-dən çox atlet öz gücünü sınayacaq.
Kişilər, qadınlar, oğlanlar, qızlar arasında stend atıcılığının dairəvi və səngər növləri, tapançadan 25 və 50 metr məsafəyə, pnevmatik tapançadan / tüfəngdən 10 metr və 50 metr məsafəyə atəş açma, eləcə də qarışıq komanda yarışları üzrə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, yarışlar aprelin 6-dək davam edəcək.

KARUSEL / İDMAN
Tarix: 3-04-2024, 12:17