mobil versiya

Səudiyyə layihəsi Yəməndə husilərin 1488 minasını təmizləyib






Səudiyyə Ərəbistanının “Masam” layihəsinin üzvləri keçən həftə Yəmənin müxtəlif bölgələrindən 1488 partlayıcı qurğu çıxarıblar.

Reportyor.az xəbər verir ki, son hesabata görə, ümumilikdə bunlara 1437 partlamamış hərbi sursat, 46 tank əleyhinə mina, üç piyada əleyhinə mina və iki partlayıcı qurğu daxildir.

Təşəbbüsün idarəedici direktoru Ousama Əl-Qosaibi bildirib ki, 2018-ci ildə layihənin başlanmasından bəri 490 144 mina təmizlənib.

Partlayıcı maddələr ayrı-seçkilik olmadan yerləşdirilib və mülki əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar üçün təhlükə yaradıb.

Minatəmizləmə əməliyyatları Marib, Aden, Jouf, Shabwa, Taiz, Hodeidah, Lahic, Sanaa, Al-Bayda, Al-Dhale və Saada şəhərlərində aparılıb.

Layihə yerli minatəmizləmə mühəndisləri hazırlayır və onları müasir avadanlıqlarla təmin edir. O, həmçinin cihazlardan yaralanan yəmənlilərə dəstək təklif edir.

Komandalara mülki əhalinin təhlükəsiz hərəkətini və humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün kəndləri, yolları və məktəbləri təmizləmək tapşırılıb.
KARUSEL / DÜNYA
Tarix: 29-04-2025, 10:00