Formula 1: Bakıda müəyyən küçələr pik saatlarda açıq olacaq

Formula 1 üzrə Azərbaycan qran-prisi zamanı Bakı küçələri pik saatlarda açıq olacaq.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaq. 19–21 sentyabr tarixlərində keçiriləcək Formula 1 üzrə Azərbaycan qran-prisi-2025 çərçivəsində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün istifadəyə veriləcək.
Şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək. Beləliklə, 15–17 sentyabr tarixlərində səhər saat 07:00–09:00 və axşam saat 18:00–20:00-da, 18 sentyabrda isə səhər 07:00–09:00 və axşam 20:00–22:00-da trekin bəzi hissələrindən nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq.
Giriş nöqtələri:
● Salyan şosesindən → Neftçilər prospekti və Azneft dairəsi
● M. Lermontov küçəsindən → BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət
● S. Vurğun küçəsindən → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti
● Bülbül prospektindən → Xəqani küçəsi və Neftçilər prospekti
● Nizami və Puşkin küçələrinin kəsişməsindən → Xəqani küçəsi
Çıxış nöqtələri:
● Neftçilər prospektindən → Bakı Dəniz Limanı və Crescent Mall
● İstiqlaliyyət küçəsindən → Azərbaycan prospekti
● Neftçilər prospektindən → Azneft dairəsi və Dəniz Mall
Qeyd: Bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:12