Şahbaz Şərif Türkmənistana gedəcək

Pakistanın baş naziri Şahbaz Şərif dekabrın 12-də Beynəlxalq Sülh və Etimad İlinə həsr olunmuş beynəlxalq forumda iştirak etmək üçün Türkmənistana səfər edəcək.
Bu barədə Pakistanın Türkmənistandakı səfiri Faryal Leqarinin yazdığı və “Neytral Türkmənistan” qəzetində dərc olunan məqaləsində bildirilir.
Diplomatın sözlərinə görə, baş nazirin qarşıdan gələn səfəri Pakistanın Türkmənistan rəhbərliyinə hörmətinin sübutudur. Bu, ölkələr arasında ikitərəfli münasibətlərin artan əhəmiyyətini vurğulayır.
Əməkdaşlıq ümumi iqtisadi və enerji maraqlarına əsaslanır. Səfir qeyd edib ki, birgə meqalayihə və TAP enerji layihəsi yaxınlaşma üçün əsas amilə çevrilib. Pakistan Türkmənistanın strateji enerji resurslarını və regional enerji siyasətinin formalaşmasında aparıcı rolunu yüksək qiymətləndirir.
Bundan əlavə, Pakistan özünün “Mərkəzi Asiyaya baxış” təşəbbüsünün bir hissəsi olaraq yeni nəqliyyat və ticarət yollarının yaradılmasını təklif edib. Bu dəhlizlər Türkmənistana Pakistanın daxili bazarlarına, eləcə də strateji əhəmiyyətli Karaçi və Qvadar limanları vasitəsilə qlobal bazarlara çıxış imkanı verəcək.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:29