Özbəkistanda günəş və külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 8 milyard kilovatsaata çatıb

23 sentyabr 2025-ci il tarixinə Özbəkistanda günəş və külək elektrik stansiyaları tərəfindən istehsal olunan ümumi elektrik enerjisi 8 milyard kilovatsaata çatıb.
Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Hazırda Özbəkistanda ümumi gücü 4682 MVt olan 12 günəş fotovoltaik elektrik stansiyası və beş külək elektrik stansiyası fəaliyyət göstərir. Bərpa olunan enerjidən istifadə nəticəsində 2 milyard 424 milyon kubmetr təbii qaza qənaət edilib, 3 milyon 552 milyon ton zərərli maddələrin atmosferə atılmasının qarşısı alınıb.
Bundan başqa, 2025-ci ilin əvvəlindən sentyabrın 23-dək ölkədəki bütün su, günəş və külək elektrik stansiyalarında 13,22 milyard kilovatsaat elektrik enerjisi istehsal edilib. Beləliklə, ümumi elektrik enerjisi istehsalında “yaşıl” enerjinin payı 22% təşkil edir.
Bu həcm 7,3 milyon ev təsərrüfatını doqquz ay və ya 5,5 milyon ev təsərrüfatını tam il ərzində elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:24