mobil versiya

Azərbaycan ilə Macarıstan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub



Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri Balazs Hanko arasında ikitərəfli görüş keçirilib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Nazir Adil Kərimli iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. 

Qeyd olunub ki, Azərbaycan və Macarıstanın həm ikitərəfli formatda, həm də Türk dünyasının əməkdaşlıq təşkilatları çərçivəsində mədəniyyət sahəsində əlaqələri ildən-ilə dərinləşir. 
Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri Balazs Hanko səmimi qəbula görə azərbaycanlı həmkarına təşəkkür edib. O, iki ölkənin mədəni əlaqələrinin geniş perspektivləri olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı kitabxana, mədəni irsin qorunması və təbliği, o cümlədən kino sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Reportyor.az



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 14:42