Bakıda yaşayış binasında yanğın söndürülüb, tüstüdən zəhərlənələr xəstəxanaya yerləşdirilib

Sentyabrın 24-də saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, R.Behbudov küçəsi ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə ilkin tibbi yardım göstərilib, 1 nəfərin hospitalizasiyadan imtinası qeydə alınıb, 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.
Zəruri tibbi xidmət göstərilən şəxlər ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.(apa)
SAĞLAMLIQ / HADİSƏ
Tarix: Bu gün, 13:02