650 APT kiberhücumlarının qarşısı alınıb

Üç rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların analizi nəticəsində 650 kiberhücum indikatoru müəyyən edilib.
Dövlət Xidmətinin məlumatına görə, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb. Bu kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-10-2025, 11:28