mobil versiya

Bu sosial media platformasına hesab silmə funksiyası gəlir


“Meta” “Threads”in gözlənilən hesab silmə funksiyasını istifadəyə verəcək.
Daha öncə istifadəçilər “Threads”də qeydiyyatdan keçdikdə, hesablarını silmək istəsələr, “Instagram” hesablarıda avtomatik olaraq silinirdi. Yəni, “Threads” və “Instagram” iki əlaqəli hesab kimi istifadə edilirdi.
“Meta” dekabrda təqdim etməyi planlaşdırdığı yeni yeniləmə ilə istifadəçilərə “Instagram”dan asılı olmayaraq “Threads” hesablarını silmək imkanı verəcək.
“Meta”nın məhsul məxfiliyi üzrə baş məsul işçisi Michel Protti, silmə sorğuları haqqında çox düşündüklərini, lakin iki hesabı ayırmağın texniki cəhətdən çətin olduğunu söyləyib.
Bu səbəbdən “Threads” üçün ayrıca hesab silmə funksiyasını tətbiq etməyə hazırlaşdıqlarını bildirib.

MARAQLI / KARUSEL
Tarix: 27-09-2023, 10:17