"Slovakiya vətəndaş müharibəsinin astanasındadır" - DİN rəhbəri
“Ölkəmiz vətəndaş müharibəsinin astanasındadır”.
Bunu Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok özünün “Facebook” səhifəsində yazıb.
O bildirib ki, istənilən bir dövlətin Baş nazirinə edilən sui-qəsd həmin ölkədə demokratiyaya qarşı yönəlmiş təhlükədir.
Nazirin fikrincə, demokratik prinsiplərə sadiq bir dövlətdə mövcud hakimiyyətə münasibət silah deyil, seçki yolu ilə ifadə olunmalıdır.
Nazir vurğulayıb ki, qarşıda dayanan öncül tapşırıq bu hadisəni törədənlərin tapılaraq məsuliyyətə cəlb edilməsi, siyasi nifrət üsulunun aradan qaldırılması və ölkədə təhlükəsizliyin daha etibarlı təminatı üçün tədbirlərin görülməsidir.(apa)
KARUSEL / DÜNYA

Tarix: 16-05-2024, 15:20