mobil versiya

"Bu səhvləri bir də etmərəm, bu əvvəl olub" - Manaf kişilikdən danışdı - VİDEO



Müğənni Manaf Ağayev kişilikdən, dostluqdan danışıb.

BAKU.WS
xəbər verir ki, ifaçı ARB TV-də yayımlanan “Söhbət var” proqramında dostlarına etdiyi yaxşılıqlardan söz açıb: 

"Kişiliyi məşq etdirmirlər, gərək insanın genində, qanında olsun. Məsələn, oğlan tanıyıram ki, acdır, amma heç vaxt qürurunu, kişiliyini itirməyib. Bir dəfə mənə problemindən danışmayıb. Kasıb oğlandır. Görmüşəm ki, o cür oğlan avtobusla, metroyla gedib gəlir, ona "07"nin açarını bağışlamışam. 15 il bundan əvvəlin söhbətin edirəm. 

Aqil adında dostum var, övladı olmurdu. Söz vermişdim ki, övladı olanda ona sürpriz edəcəm. Övladı dünyaya gələndə elə bir məclis etdim ki, 50-yə yaxın müğənni gətirmişdim. Məclisin pulunu da öz cibimdən etmişdim. İkisi də kasıb uşaqlardı, varlıya bunu etmərəm. Mən dostlarım üçün bunları etmişəm".

Manaf bəy bu danışdıqlarından sonra zarafatla belə deyib: "Bu səhvləri bir də etmərəm, bu əvvəl olub".  


SON XƏBƏR / KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 4-11-2019, 15:45