mobil versiya

Bakıda gənc oğlan baldızı qızına təcavüz etdi: 10 min dollara... - TƏFƏRRÜAT




Bakıda yetkinlik yaşına çatmayan qıza seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Kamil Düyüşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

REPORTYOR.AZ teleqraf.com-a istinadən bildirir ki, Kamil Düyüşov 2018-ci il fevral ayının ortalarında yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki evdə baldızı qızı, 2008-ci il təvəllüdlü Məlahət Əsədovanın (ad və soyad şərti verilib - red.) sifətinə, başına və bədəninə vurub.

Daha sonra Kamil Düyüşov zor tətbiq etməklə Məlahət Əsədova ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Kamil Düyüşov ikinci dəfə də baldızı qızına qarşı əxlaqsızlıq hərəkətləri edib. O, fevral ayında yenidən Məlahət Əsədovaya zor tətbiq etməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Kamil Düyüşovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Kamil Düyüşov elan olunmuş ittiham üzrə özünü günahkar bilməyib. O qeyd edib ki, zərərçəkmişin ailə üzvlərinin böhtanı ilə üzləşib.

Anadangəlmə xəstə olduğunu deyən Kamil Düyüşovun sözlərinə görə, kəskin ifadə olunan debillik dərəcəsində oliqofreniya xəstəliyi ilə bağlı Dövlət Tibbi Sosial ekspert komissiyası tərəfindən ona müddətsiz ikinci qrup əlillik təyin edilib.

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, valideynləri zərərçəkmişin anasının şantajı ilə üzləşib. Məlahət Əsədovanın anası guya onun qızına seksual xarakterli hərəkətlər etməsi barədə polisə məlumat verməməsi üçün atasından 10 min dollar tələb edib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, zərərçəkmiş tərəfin bu hədə-qorxularına onun keşmiş həyat yoldaşı da dəstək verib.

Keşmiş arvadının bacısı ilə əlbir olduğunu söyləyən Kamil Düyüşov bildirib ki, atasından tələb olunan məbləğdə pulu, həmçinin atasına məxsus evin onlara verilməməsi təqdirdə onu həbs etməklə hədələyiblər: "Onların şantajlarına əhəmiyyət verilmədiyi üçün Binəqədi rayon Polis İdarəsinə və prokurorluğuna şikayət olunub".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Düyüşov 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Hökmdən narazı qalan Kamil Düyüşov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Kamil Düyüşovun apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Kamil Düyüşovun vəkili kasasiya şikayəti verib. Kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Kamil Düyüşovun vəkili tərəfindən verilən kasasiya şikayəti təmin olunmayıb.
SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Baxılıb: 487 Tarix: 30-12-2020, 16:24



Şərh bildir
yenilə, əgər kod görünmürsə