"Kəpəz”in bıçaqlanan futbolçusunun son durumu necədir?
"Kəpəz” insident nəticəsində bıçaq xəsarəti alan futbolçusu Veysəl Rzayevin durumunu açıqlayıb.Klubdan verilən məlumata görə, yarımmüdafiəçi hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunur.
“Futbolçuya cərrahi müdaxilə edilib, hazırda vəziyyəti stabildir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Gəncədə baş verib.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:49


























