mobil versiya

“Çinlə əbədi, Rusiya ilə isə...” – Tokayev



“Qazaxıstan hakimiyyəti Rusiya ilə müttəfiqlik münasibətlərini və Çinlə əbədi strateji tərəfdaşlığı daha da inkişaf etdirmək üçün səy göstərəcək”.
Reportyor Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Xarici siyasətimiz bundan sonra da balanslaşdırılmış, çoxistiqamətli və konstruktiv xarakter daşıyacaq. Qazaxıstan Rusiya ilə müttəfiqlik əlaqələrini, Çinlə əbədi strateji tərəfdaşlığı, Mərkəzi Asiyadakı qardaş dövlətlərlə, yəni Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistanla hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək üçün bütün səylərini göstərəcək”, - Qazaxıstan lideri bildirib.
Tokayevin sözlərinə görə, Astana Asiya, Yaxın Şərq və ya Avropanın bütün maraqlı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələri inkişaf etdirəcək.

DÜNYA
Tarix: 28-09-2022, 13:50