Bayden buna görə tənqid edildi
ABŞ prezidenti Co Baydenin müsahibələrində yol verdiyi qəribə hərəkətlər artıq ənənə halını alıb. Ölkə başçısından bu dəfə 2024-cü il seçkilərində iştirakının birinci xanım Cill Bayden tərəfindən dəstəklənib-dəstəklənməyəcəyi soruşulub və o, bu suala cavab verməkdə çətinlik çəkib.
Musavat.com xəbər verir ki, bu barədə "Fox News" kanalı məlumat yayıb.
Sual zamanı Bayden dayanıb və bir müddət gözünü döşəməyə zilləyib, bu da jurnalisti onu "ayıltmağa" məcbur edib: "Cənab prezident?"
"Həyat yoldaşım hələ fikirləşir. Biz çox vacib bir şey edirik və mən bundan imtina etməməliyəm", - deyə ABŞ dövlət başçısı qəribə və anlaşılmaz cavab verib.
Televiziya müsahibəsindən bu çıxarış sosial mediada sərt tənqidlərə səbəb olub. Respublikaçılar partiyasının Milli Komitəsinin sədri Ronna MakDaniel həmin epizodu "qorxunc" adlandırıb.
"Timcast News" portalının baş redaktoru Kassandra MakDonald bunu "rüsvayçılıq" adlandırıb.
"OutKick" media saytının qurucusu Kley Treyvisə görə isə Co Bayden bu müsahibə zamanı həqiqətən yuxuya gedib və onun səhhəti getdikcə pisləşir.
"Fox News" müxbiri Keti Pavliç "Bunu izah etməyə çalışan mütəxəssislərin nə deyəcəyini gözləyirik" yazıb.
Qeyd edək ki, sözügedən müsahibədə Co Bayden 2024-cü ildə namizədliyi ilə bağlı hələ rəsmi qərar vermədiyini, lakin yenidən namizədlik niyyətində olduğunu bildirib.
Musavat.com
DÜNYA
Tarix: 24-10-2022, 15:03