Ermənistan tərəfi Azərbaycandan sülh sazişi ilə bağlı təkliflər aldığını bildirib
Ermənistan sülh sazişi layihəsi ilə bağlı Azərbaycandan təkliflər alıb.
APA xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Eduard Ağacanyan brifinq zamanı deyib.
Ağacanyan rəsmi Bakıdan daxil olan təkliflərin təfərrüatlarını açıqlamayıb.
“Ermənistan tərəfi həqiqətən də Azərbaycanın təkliflərini alıb. Bu da faktiki olaraq erməni tərəfinin təkliflərinə cavabdır. Demək olar ki, təkliflərin üçüncü raundu müzakirə olunur. Mən detallar barədə daha ətraflı məlumat verə bilmərəm, çünki bu məsələlər ictimaiyyətə açıqlanmır”, - Ağacanyan deyib.
GÜNDƏM / SİYASƏT

Tarix: 6-12-2022, 15:46