Rusiyada Ukraynanın konsulu saxlanıldı
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğunun konsulu Aleksandr Sosonyuku saxlayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə FTX-nin hadisə ilə bağlı açıqlamasında bildirlib.
Qeyd olunub ki, ukraynalı diplomat Rusiya vətəndaşından məxfi məlumat almaqda şübhəli bilinir.
Məlumat görə, diplomata qarşı beynəlxalq hüquq normalarına uyğun tədbir görüləcək.
KARUSEL / DÜNYA
Tarix: 17-04-2021, 11:00