Rusiyada azərbaycanlını qətlə yetirmiş erməni ölkəsinə ekstradisiya olunacaq
Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə 18 il azadlıqdan məhrum olunmuş Ermənistan vətəndaşı Arman Arakelyan ölkəsinə ekstradisiya olunacaq.
Reportyor.az "Report"a istinadla xəbər verir ki, bu barədə "News.am"a Arman Arakelyanın oğlu Qurgen Arakelyan bildirib.
Onun sözlərinə görə, Arman Arakelyanın ekstradisiyası 1-2 ay vaxt aparacaq.
"Ekstradisiyanın həyata keçirilməsi üçün müəyyən proses var, hansı ki, hələ başa çatmayıb", - deyə o bildirib.
Qeyd edək ki, Rusiya daha əvvəl Arman Arakelyanı Ermənistana ekstradisiya etməyə hazır olduğunu bildirib. Lakin Ermənistanın keçmiş ədliyyə naziri Artak Zeynalyan bunu məqsədəuyğun hesab etməyib.
Arman Arakelyan Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə, 18 il müddətinə azadlıqdan məhrum edilib. O, artıq 4 ildir Murmansk həbsxanasında cəza çəkir.
Qeyd edək ki, Arman Arakelyanın oğlu və qohumları qatilin ekstradisiya edilməsi tələbi ilə Ermənistanda, hökumət binası qarşısında aksiya keçiriblər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 1-10-2019, 11:25