mobil versiya

Zamirə Hacıyeva Azərbaycana ekstradisiya edilməyəcək - London məhkəməsi qərar verdi



Bu gün Londonda Azərbaycanın tələbi əsasında Zamirə Hacıyevanın ekstradisiyası üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın London müxbirinin verdiyi xəbərə görə, Westminister Magistrates məhkəməsində keçirilən iclasda qərar açıqlanıb.

Məhkəmə Z. Hacıyevanın Azərbaycana ekstradisiya edilməməsi barədə qərar qəbul edib.

Azərbaycan hökumətini təmsil edən vəkil isə qərardan apelyasiya şikayəti verəcəklərini bildirib.

Qeyd edək ki, 8 noyabr 2018-ci ildə Kral Ədalət Məhkəməsində keçirilən iclasdan sonra Z. Hacıyeva bəzi şərtlərlə Zaminə buraxılıb. Bu şərtlərdən biri isə odur ki, Z. Hacıyevanın pasportu polisdə saxlanılmalıdır.

Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya 2009-2015-ciillərdə bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.





MANŞET / MARAQLI / KARUSEL / GÜNDƏM
Tarix: 26-09-2019, 22:03