Putin dekabrın 27-də Federal Məclisə müraciət edə bilər
Rusiya Prezidenti Vladimir Putin iki həftədən sonra Federal Məclisə müraciət edə bilər.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə RİA Novostiyə Dövlət Dumasındakı mənbə bildirib.
Mənbənin sözlərinə görə, Prezidentin Federal Məclisə dekabrın 27-də müraciət edəcəyi ilə bağlı məlumat var, lakin bu tarix dəqiq deyil.
Qeyd edək ki, Rusiya Prezidenti hər il Dövlət Dumasının deputatlarına və Federasiya Şurasının üzvlərinə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında müraciət edir.
Dünən Kremlin sözçüsü Dmitri Peskov bu il Putinin böyük mətbuat konfransının planlaşdırılmadığını açıqlamışdı.
KARUSEL / DÜNYA
Tarix: 13-12-2022, 13:54