mobil versiya

Sülhməramlıların növbəti avtomobil karvanı Laçın yolundan keçib


Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.
Xankəndindən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus dörd minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya sülhməramlılarına məxsus minik avtomobili Xankəndindən Laçın istiqamətinə doğru hərəkət edib.


KARUSEL / GÜNDƏM
Tarix: 29-12-2022, 11:23