Hikmət Hacıyev İsrail XİN-in yüksək səviyyəli rəsmilərini qəbul edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin (XİN) yüksək səviyyəli rəsmilərini qəbul edib.
Bu barədə Hikmət Hacıyev "Twitter" hesabında məlumat verib.
Hikmət Hacıyev İsrail XİN-in siyasi direktoru Aliza Bin Noun və XİN-in Baş direktorunun müavini, strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarkanı qəbul edib.
Görüşdə Azərbaycanın İsrailə təyin etdiyi səfir Muxtar Məmmədov da iştirak edib.
KARUSEL / SİYASƏT
Tarix: 17-01-2023, 14:10